Ana Sayfa > Karusel / Dünya > ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi - RƏSMİ
ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi - RƏSMİ14-12-2018, 12:44. Yazar: sevinc1 |
ABŞ senatorları Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Ben Salmanın jurnalist Camal Kaşıkçının ölümündə birbaşa məsuliyyət daşıdığını bildirən qətnamə qəbul ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sənəd ABŞ Senatının rəsmi saytında yerləşdirilib. “Səudiyyə hakmiyyətinin jurnalistin ölümü ilə bağlı yalan açıqlamaları Vaşinqtonla Ər-Riyad arasında dostluğa zərbə vurur. Səudiyyə Ərəbistanı hakimiyyətini Kaşıkçının qatillərini taparaq, cəzalandırmağa çağırırıq”- deyə açıqlamada deyilir. Xatırladaq ki, “Washington Post” qəzetinin əməkdaşı Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olmuş və bir daha oradan çıxmamışdı. Jurnalistin öldürülərək cəsədinin gizli yerdə dəfn olunduğu ehtimalı var. aia.az Geri dön |