Ana Sayfa > Karusel / Cəmiyyət > Gəncədə qadını “İnstagram” vasitəsilə şantaj edən şəxs saxlanıldı

Gəncədə qadını “İnstagram” vasitəsilə şantaj edən şəxs saxlanıldı


14-12-2018, 11:54. Yazar: sevinc1
Gəncədə qadını “İnstagram” vasitəsilə şantaj edən şəxs saxlanıldı



Sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.



Polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırma aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.



Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.

aia.az
Geri dön