Ana Sayfa > Dünya > Paşinyan: Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur
Paşinyan: Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur13-12-2018, 14:28. Yazar: sevinc1 |
Ermənistan silahlı qüvvələrinin inkişafı üçün beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır. Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri v.i.e. Nikol Paşinyan hökumətin iclasında deyib. Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o bildirib ki, həmin vəsaiti tapmaq üçün çox işləmək lazımdır: "Bu vəsaitin bir hissəsini hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına ayırmaq lazımdır. Bu, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi baxımından çox vacibdir". N.Paşinyanın sözlərinə görə, digər mühüm tapşırıq hərbi-sənaye kompleksinin inkişafı olmalıdır. aia.az Geri dön |