Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Zakir Həsənovdan əsgər valideynlərinə jest (FOTO)
Zakir Həsənovdan əsgər valideynlərinə jest (FOTO)27-12-2015, 14:05. Yazar: admin |
Dekabrın 31-də istənilən şəxs əsgərlərin şəraitlərinə özləri baxa bilərlər. Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunacaq. “Açıq qapı” gününün məhz bu əlamətdar tarixdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını təcəssüm edən 31 dekabr tarixi xalqımızın böyük bayramına çevrilib. Hər bir azərbaycanlı bu milli birliyə, bu həmrəyliyə öz töhfəsini verir. “Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək. Sonuncu dəfə bu cür aksiya oktyabr ayında baş tutmuşdu. Geri dön |