Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Oğru: Tutulandan sonra nəyə peşman olum ki? – VİDEO

Oğru: Tutulandan sonra nəyə peşman olum ki? – VİDEO


27-12-2015, 13:23. Yazar: admin

“Bir də azadlığa çıxıb-çıxmayacağımı Allah bilir”.

Astara rayonunun Şahağacı kəndində oğurluq hadisəsi baş verib.

Aia.az xəbər verir ki, qonşusunun əmlakına qənim kəsilən kənd sakini 34 yaşlı Vüqar Süleymanov saxlanılıb.

O, müxtəlif vaxtlarda həmkəndlisi Gülşən Əhədovaya məxsus fərdi yaşayış evindən və həyətindən xeyli sayda ev quşlarını, iki ədəd balıqçı torunu, balıq ovu üçün istifadə olunan digər avadanlıqları və xüsusi kanbinizonu mənimsəyib.

“Tutulandan sonra nəyə peşman olum ki? Peşman deyiləm. Bundan əvvəl də tutulmuşam. Bir də azadlığa çıxıb-çıxmayacağımı Allah bilir”

Saxlanılan şəxs bu əməli ilə üçüncü dəfə məhkumluq həyatı yaşayacaq

Geri dön