Ana Sayfa > Karusel / Təhsil > Cərrahlar 3 günlük siam əkizlərini ayıra bildilər

Cərrahlar 3 günlük siam əkizlərini ayıra bildilər


12-12-2018, 11:27. Yazar: sevinc1
Cərrahlar 3 günlük siam əkizlərini ayıra bildilər


Hindistanda cərrahlar 3 günlük siam əkizlərini ayırmağı bacarıblar.

Trend-in məlumatına görə, valideynlər cərrahi müdaxilənin təhlükəli olduğunu düşünsələr də, həkimlər onları inandıra biliblər.

Əməliyyat pulsuz həyata keçirilib. Valideynlərin bu cərrahiyyə əməliyyatına imkanı çatmadığı bildirilir.

5 saat davam edən əməliyyata 5 cərrah, 10 həkim və 15 tibb bacısı cəlb edilib.

Dəriləri və bəzi daxili orqanları bitişik olan siam əkizləri nadir hallarda doğulur: bu hal orta hesabla hər 200 min doğuşa 1 dəfə qeydə alınır, onların 40-60 faizi ölü doğulur, təqribən 35 faizi isə cəmi bir gün yaşayır.

aia.az
Geri dön