Ana Sayfa > Aia TV > İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı


11-12-2018, 16:55. Yazar: sevinc1
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı



Bu gün Binəqədi Rayon Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


aia.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Nadirova şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Həmçinin məhkəmə O.Nadirovu 1000 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, ittiham aktlna əsasən, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O, bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin O.Nadirov verdiyi vədə əməl etməyib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

aia.az
Geri dön