Ana Sayfa > Siyasət > Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI


11-12-2018, 16:28. Yazar: sevinc1
Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI


Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasının gündəliyi məlum olub.


Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.


Qurum rəsmisi bildirib ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.


Bunlar aşağıdakılardır:


1. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Respublikasının Prezidenti Vladimir Putinin imzaladığı “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatın” təsdiq edilməsi barədə”;


2. “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişin təsdiq edilməsi barədə”;


3. “"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (III oxunuşda);


4. “"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);


5. ““Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);


6. ““Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);


7. ““Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);


8. “"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);


9. “"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);


10. ““Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);


11. ““Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);


12. ““Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);


13. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);


14. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi;


15. ““Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda).

aia.az
Geri dön