Ana Sayfa > Cəmiyyət > Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü

Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü


10-12-2018, 15:45. Yazar: sevinc1
Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü


Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Xətai prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, dəm qazından zəhərlənmə diaqnozu ilə 20 yaşlı Seymurla 2002-ci il təvəllüdlü P. Əlizadə xəstəxanaya yerləşdirilib.

Müdaxilələrə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qız isə hazırda reanimasiyadadır.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.



aia.az
Geri dön