Ana Sayfa > Gündəm > Azərbaycanda mobil operator internet paketlərində tariflərə dəyişiklik edir
Azərbaycanda mobil operator internet paketlərində tariflərə dəyişiklik edir8-12-2018, 14:24. Yazar: sevinc1 |
2019-cu il yanvarın 9-dan "Azercell” MMC fakturalı xətt sistemində mövcud olan "4GB=9 manat” internet paketini ləğv edir. Trend bu barədə rəsmi mətbuatda dərc olunan məlumata istinadən bildirir. Həmin paketə qoşulmuş abunəçilər 30 gün müddətində bu paketdən istifadə edə bilər. "4GB=9 manat” paketi avtomatik olaraq "5GB=8 manat” paketi ilə əvəz olunacaq. Bundan başqa, fakturasız xətt (SimSim) sistemində mövcud olan "18GB=24 manat” paketi də ləğv olunaraq "10GB=15 manat” paketi ilə əvəz edilir. Bu paketi də 30 gün müddətində istifadə etmək mümkün olacaq. Dəyişikliklər həmçinin həm fakturalı, həm də fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulmuş "100MB=2 manat” paketinə şamil olunur. Bu, "60MB=1 manat” paketi ilə əvəz olunacaq. Həm fakturalı, həm də fakturasız xətt abunəçiləri nəzərdə tutulmuş aylıq "50MB” paketi "60MB” ilə əvəz olunacaq, lakin istifadə müddəti 15 günədək azaldılacaq. aia.az Geri dön |