Ana Sayfa > Dünya > Gecə klubunda faciə - 6 ölü, 100 yaralı

Gecə klubunda faciə - 6 ölü, 100 yaralı


8-12-2018, 12:07. Yazar: sevinc1
Gecə klubunda faciə - 6 ölü, 100 yaralı



İtaliyanın Korinaldo şəhərində yerləşən "Lanterna Azzurra” gecə klubunda faciə baş verib.

BakuPost-un Repubblika nəşrinə istinadən verdiyi məlumata görə, 1300-dən çox insanın olduğu gecə klubunda naməlum səbəbdən gözyaşardıcı bibər qazının olduğu şüşə alovlanıb.

Təlaşa düşən hər kəs qaçmağa başlayıb. İzdiham və basabas nəticəsində ayaq altında qalan 6 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Ölüm sayının artacağı istisna edilmir.


aia.az
Geri dön