Ana Sayfa > Dünya > Mosuldakı dağıntılar altından 1900 cəsəd tapılıb
Mosuldakı dağıntılar altından 1900 cəsəd tapılıb28-11-2018, 17:52. Yazar: sevinc1 |
İraqın Mosul şəhəri İŞİD terrorçularından azad edildikdən bəri şəhərin rayonlarından birində dağıntılar altından təqribən 1900 insanın cəsədi tapılıb. Azvision.az xəbər verir ki, bu barədə “Akhbar Al-Iraq” agentliyi İraqın Vətəndaş Müdafiəsi İdarəsindəki mənbəsinə istinadən bildirib. “Mosul azad edildiyi vaxtdan etibarən vətəndaş müdafiəsi briqadaları şəhərin cənubunda yerləşən tarixi rayondakı dağıntılar altından indiyədək təqribən 1900 insanın cəsədini çıxarıblar” – İdarənin rəsmisi deyib. Xatırladaq ki, İraqın ikinci ən böyük şəhəri Mosul 2014-cü ilin ortalarından İŞİD terror təşkilatının İraqdakı əsas “qalası” olub. 2017-ci ilin iyulunda beynəlxalq koalisiyanın dəstəyilə hökumət qüvvələri Mosulu terrorçulardan tamamilə təmizləyib. aia.az Geri dön |