Ana Sayfa > Dünya > Marneulidə nə baş verir? - Gürcüstan DİN-dən AÇIQLAMA

Marneulidə nə baş verir? - Gürcüstan DİN-dən AÇIQLAMA


28-11-2018, 15:43. Yazar: sevinc1
Marneulidə nə baş verir? - Gürcüstan DİN-dən AÇIQLAMA



Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin gedişatı ilə bağlı bir neçə cinayət işinin açıldığını bildirib.



Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Nino Cavaxadze açıqlama verib.



Nazir müavini müxalif “Rustavi 2” telekanalının Marneulidə xüsusi təyinatlı polislərin və xüsusi texnikanın yerləşdirilməsi ilə bağlı da xəbəri barədə də açıqlama verib. Onun sözlərinə görə, polis öz qüvvələrini ölkə miqyasında adekvat miqdarda bölüşdürməyə çalışır.



Gürcüstan KİV-i Mtsxeta şəhərində, Batumidə seçki məntəqələrində baş verən dava-dalaş barədə xəbər yayıb. Tbilisinin Qldani səmtində isə Pirveli TV-nin əməkdaşı Tatyana Çapiçadzenin 2 qadın tərəfindən hücuma məruz qalması faktı nazirlik tərəfindən araşdırılır.

aia.az
Geri dön