Ana Sayfa > Manşet / Siyasət > Ərdoğan prezident səlahiyyətlərini 1 həftəlik vitse-prezidentə təhvil verdi

Ərdoğan prezident səlahiyyətlərini 1 həftəlik vitse-prezidentə təhvil verdi


28-11-2018, 10:38. Yazar: sevinc1
Ərdoğan prezident səlahiyyətlərini 1 həftəlik vitse-prezidentə təhvil verdi



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Argentina və Paraqvaya səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər noyabrın 28-də başlayıb və dekabrın 4-dək davam edəcək.

Xatırladaq ki, sonuncu dəfə türkiyəli lider Macarıstana səfəri ilə əlaqədar səlahiyyətlərini vitse-prezidentə təhvil vermişdi.



aia.az
Geri dön