Ana Sayfa > Cəmiyyət > Şamaxıda yeni ailə quran cütlük faciəli şəkildə öldü

Şamaxıda yeni ailə quran cütlük faciəli şəkildə öldü


28-11-2018, 10:23. Yazar: sevinc1
Şamaxıda yeni ailə quran cütlük faciəli şəkildə öldü


Yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib.Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında, Şamaxının Məhəmməd Hadi küçəsi, ev 11 ünvanında qeydə alınıb.

26 yaşlı Nafiz Feyzullayev və onu həyat yoldaşı 21 yaşlı Gülşən Ağayeva ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri onların öldüyünü müəyyən ediblər.

"Səhər tezdən işə getməli idi. Durublar ikisi də gediblər hamama. Yoldaşım xəbər alıb deyib ki, "mama çıxırıq”. Üzərindən 10, 15 dəqiqə keçmişdi gördüm yoldaşım durdu. Mən də ayılmışdım. Həyətə düşdü, gördüm qışqırır, mən də qaçdım dalıyca. Qapını təpiklə sındırdım. Gördüm ikisi də yerdədir”,- deyə hadisə şahidi bildirib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön