Ana Sayfa > İqtisadiyyat > “Vergi Məcəlləsinə dəyişiklik iqtisadiyyatın inkişafına dəstək olacaq”
“Vergi Məcəlləsinə dəyişiklik iqtisadiyyatın inkişafına dəstək olacaq”27-11-2018, 14:59. Yazar: sevinc1 |
"Vergi Məcəlləsində dəyişikliklər çox mühüm əhəmiyyət daşıyır. Bu, sahibkarlğın inkişafı üçün zəmin yaradır. Bu islahat davam edərsə, vergidən yayınma halları azalacaq”. Bunu deputat Vahid Əhmədov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliyin edilməsinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, vergi sisteminə edilən dəyişiklərdə ən çox diqqət çəkən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin - muzdlu işdən aylıq gəlirləri 8 min manatadək olanların vergiyə cəlb edilməməsi ilə bağlıdır. "Qeyri-dövlət sektoru ifadəsinə yenidən baxılmalıdır. Hansı qurumlar bura daxil olacaq? Bəzi təşkilatlar var ki, səhmlərinin bir qismi dövlətə, bir hissəsi fərdi şəxslərə məxsusdur. Qeyri-dövlət məsələsi qanunda açıq göstərilməlidir. Bununla yanaşı, Azərbaycanda elə satış mərkəzi var ki, sənəd vermir. Sahibkar işinin getməsi üçün alış-veriş etməlidir. Vergilər Nazirliyinə müraciət edirəm ki, sənədləşmə məsələsinə baxılsın. Bu qanun qəbul ediləndən sonra bəzi ticarət mərkəzindən Əlavə Dəyər Vergisinin qaytarılması təmin ediləcək. Hesab edirəm ki, hazırda Əlavə Dəyər Vergisinin faizi çox yüksəkdir. Nə üçün bütün məhsullara 18 faiz vergi tətbiq etməliyik? Ümumilikdə isə dəyişikliyi müsbət qiymətləndirirəm, iqtisadiyyatın inkişafına dəstək olacaq”. aia.az Geri dön |