Ana Sayfa > İdman / Aia TV / Karusel > Mehriban Əliyeva Federasiya prezidenti seçildi
Mehriban Əliyeva Federasiya prezidenti seçildi25-12-2015, 13:18. Yazar: admin |
Növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Aia.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək. Səsvermə nəticəsində, həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər. Geri dön |