Ana Sayfa > Manşet / Siyasət > Prezident Hikmət Hacıyevə yüksək vəzifə verdi - SƏRƏNCAM
Prezident Hikmət Hacıyevə yüksək vəzifə verdi - SƏRƏNCAM26-11-2018, 17:38. Yazar: sevinc1 |
Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Modern.az-ın məlumatına görə, Hikmət Hacıyev sentyabr 2014-sentyabr 2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı. aia.az Geri dön |