Ana Sayfa > Siyasət > Milli Məclisin növbəti iki iclasının gündəliyi açıqlandı - SİYAHI
Milli Məclisin növbəti iki iclasının gündəliyi açıqlandı - SİYAHI23-11-2018, 11:52. Yazar: sevinc1 |
Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək plenar iclaslarının gündəliyi müəyyənləşib. Modern.az-ın məlumatına görə, hər iki iclasın gündəliyinə ümumilikdə 58 məsələ daxildir. İclasın gündəliyindəki əsas məsələlər aşağıdakılardır: 1. ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi II oxunuşda; 2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsi II oxunuşda; 3. "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi II oxunuşda; 4. "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi II oxunuşda; 5. Milli Məclisin 2019-cu il üçün xərclər smetası; 6. Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası; 7. "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi II oxunuşda; 8. “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi III oxunuşda; 9. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsi III oxunuşda; 10. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna dəyişiklik; 11. "Dərman vasitələri haqqında" qanuna dəyişiklik; 12. "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik; 13. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik; 14. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik; 15. “Dövlət borcu haqqında” qanuna dəyişiklik; 16. “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik; 17. “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik; 18. “Sosial sığorta haqqında” qanuna dəyişiklik; 19. “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik; 20. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik; 21. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik; 22. Mənzil Məcəlləsinə dəyişiklik; 23. Vergi Məcəlləsinə dəyişiklik. aia.az Geri dön |