Ana Sayfa > Manşet / Təhsil > Abşeron təhsilinə diqqət böyükdür
Abşeron təhsilinə diqqət böyükdür22-11-2018, 16:57. Yazar: sevinc1 |
Bu gün təhsilin inkişafı ilə bağlı digər regionlar kimi, Abşeron rayonunda da mühüm layihələr həyata keçirilir, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılır Abşeron rayonu ölkənin ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Rayonunun ərazisi 1966,1 kv km., əhalinin faktiki sayı isə 350 min nəfərdən artıqdır. 1963-cü ildə rayonun digər təşkilatları ilə yanaşı Abşeron Rayon Maarif Şöbəsi yaradılmışdır. Hal-hazırda Abşeron Rayon Təhsil Şöbəsinin nəzdində 38 ümumtəhsil məktəbləri, 4 məktəbdənkənar müəssisə və 26 uşaq bağçası fəaliyyət göstərir. 2017-ci ilin iyul ayından etibarən Abşeron RTŞ-yə Nazilə Məmmədova rəhbərlik edir. Qısa arayış: Nazilə Teymur qızı Məmmədova 1965-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1987-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib. 1987-1992-ci illərdə Bakı şəhər 242 nömrəli tam orta məktəbdə, 1992-2000-ci illərdə isə 32 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2000-2004-ci illərdə 32 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2004-2017-ci illərdə 45 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2017-ci il tarixli 01-09-1514/16 saylı razılıq məktubu və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 11iyul 2017-ci il tarixli 66 saylı əmrinə əsasən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qəbul imtahanlarda 700 bal artıq normadır 2017-2018-ci tədris ilində Abşeron məktəblərini 2060 məzun bitirib. Onlardan 59-u fərqlənmə attestatı alıb. 1754 məzun sənədlərini ali məktəbə qəbul komissiyasına təqdim edib. Abituriyentlərin 1306 nəfəri, yəni 74,4 faizi tələbə adını qazanıb. Bu məlumatlar öz əksini Abşeron rayonu təhsil işçilərinin ənənvi sentyabr konfransında təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanın etdiyi çıxışda öz əksini tapıb. Ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan tələbələrin sayının artdığın bildirən Nazilə Məmmədova 95 nəfərin yüksək nəticə əldə etdiyini vurğulayıb. Xüsusilə qeyd edilib ki, rayonda üç ildir ardıcıl olaraq məzunlar ali məktəblərə qəbul zamanı 700 bal toplayırlar. Ötən dərs ilində 1 nəfər olduğu halda, bu il 2 nəfər - Xırdalan şəhər 9 nömrəli və Ceyranbatan 1 nömrəli tam orta məktəbin məzunları Elgün Zamanlı və Rüstəm Qarayev ali məktəbə ən yüksək balla qəbul ediliblər. Tələbələrin bir qismi Bakı Mühəndislik Universitetini seçib. Yeni məktəblər istifadəyə verilir Artıq dəfələrlə qeyd olunduğu kimi, ölkəmizdə təhsil sahəsinin inkişafı Azərbaycan dövlətinin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda bütün rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, son illər ərzində digər bölgələrdə olduğu kimi, Abşeron rayonunda da birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəb binaları əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Növbəti yeni məktəb binasının açılışı isə sentyabr ayının 15-də baş tutub.Həmin gün Abşeron rayon Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin yeni tədris binasının açılış mərasimi keçirilib. Məktəbin açılışında təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova, Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məktəb 1200 şagird yerlikdir, kimya, fizika və biologiya daxil olmaqla 4 laboratoriya otağı, 6 kompüter otağı, 112 yerlik yeməkxana, 74 yerlik kitabxana, 294 yerlik akt zalı, sahəsi 468 kv.met. olan idman zalı, ərazisində geniş idman meydançası, sanitar qovşağı, qazanxana, nasosxana, içməli su anbarı və 1 ədəd KTY-250 tipli transfomator yarımstansiyası ilə təchiz olunub. RTŞ-nin fəaliyyəti düzgün istiqamətə yönəldilib Heç şübhəsiz bu gün Abşeron təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən bu rayonun təhsil şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Nazilə Məmmədova dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün istiqamətə yönəldə bilib. Qeyd edək ki, Nazilə Məmmədovanın rayon Abşeron rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmasından nisbətən az bir müddətin keçməsinə rəğmən, yeni şöbə müdiri bu qurumun işində önəmli irəliləyişlərə nail ola bilib. Mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə isə, rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Heç şübhəsiz, cari tədris ilində də Nazilə Məmmədovanın rəhbərliyi altında Abşeron RTŞ-nin fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yenilikçi ideyaların tətbiqinə geniş yer veriləcək. aia.az Orxan Rəsulov Günay Quliyeva Geri dön |