Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-9 > ABEL MƏHƏRRƏMOVUN MİLYONLUQ MÜLKLƏRİ VƏ… – Akademik də villabaz imiş! (Yeniləndi)
ABEL MƏHƏRRƏMOVUN MİLYONLUQ MÜLKLƏRİ VƏ… – Akademik də villabaz imiş! (Yeniləndi)22-11-2018, 15:57. Yazar: admin |
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun noyabrın 15-də gözlənilmədən və qeyri-adi səbəblər üzündən vəzifəsindən azad olunması gündəmin ən əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Yarımrəsmi (Hökumət TV və digər KİV-ləri tərəfindən tirajlanan) versiyaya görə, A.Məhərrəmov İspaniyada dini tolerantlıq mövzusunda keçirilən beynəlxalq konfransdan əvvəl möhkəm içib, Allahşükür Paşazadə ilə mübahisə etdiyinə və bu zaman bəzi siyasi səhvlərə yol verdiyinə görə ali rəhbərliyin qəzəbinə gəlib. İnandırıcı olan və olmayan bir xeyli başqa iddialar da var. Bu versiyaların hansının tam həqiqətə söykəndiyini hələ ki, müəyyənləşdirmək mümkün olmasa da, bir məsələ qətidir ki, Abel Məhərrəmov məhz siyasi rəhbərliyi qəzəbləndirdiyi üçün vəzifəsindən azad olunub, üstəlik müşahidələr belə deməyə əsas verir ki, onunla bağlı cəza tədbirləri davam etdiriləcək. Azərbaycanda son illərdə formalaşmış ənənəyə görə isə, “vurulan” məmurlara qarşı tətbiq olunan əsas cəza onların vəzifədə olarkən əldə etdikləri var-dövlətin – daşınar və daşınmaz əmlakların, nağd pul vəsaitlərinin əllərindən alınmasıdır. Bu ənənənin Abel Məhərrəmova münasibətdə də aktuallığını qoruyacağı ehtimalı xeyli yüksəkdir. Belə olacağı halda bu “elm fədaisinin” itirəcəkləri isə heç də az deyil – illərdir məlum olan və yeni üzə çıxan məlumatlar dəyəri on milyonlarla ölçülən əmlaklardan xəbər verir. Artıq saytlarda, sosial şəbəkələrdə Abel Məhərrəmova məxsus olduğu iddia olunan əmlakların siyahısı da yayılmağa başlayıb. Bu siyahı ilə tanışlıqdan belə məlum olur ki, hörmətli rektorumuz əməlli-başlı villabaz olub: ölkənin dörd bir tərəfinə səpələnən villaların sahibidir. Təkcə Bakı şəhərində 6 olmaqla, ümumilikdə 10-dan artıq villası var. Artıq mediada yayılmış siyahı budur: - Binəqədidə, Varovski deyilən ərazidə – iki villa; – Quba rayonunda – 1 villa; – Xızı rayonunda – 1 villa; – Nabranda – 1 villa; – Şüvəlan qəsəbəsində – 1 villa; – Mərdəkan qəsəbəsində – 1 villa; – Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villa; – Nərimanov rayonunda yerləşən – “Mona Liza” şadlıq sarayı; – 8 mikrorayonda restoran. – Paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda çoxsaylı mənzillər… mona-liza-sadliq-sarayi-restorani Abel Məhərrəmovun daşınar və daşınmaz əmlakları ilə bağlı daha bir siyahı isə “AzPolitika”ya daxil olub. Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırovun təqdim etdiyi bu siyahı əvvəlki siyahını bir qədər də tamamlayır: 1. “ALFERO” istirahət mərkəzi – Nabranda 200 hektar ərazidə inşa edilib, dəyəri 61 milyon manat civarında qiymətləndirilir. Qzı İzabellanın adına qeydiyyatdan keçib. 2. “MONA LİZA” şadlıq sarayı – Bakıda ən bahalı və məşhur şadlıq saraylarından biridir. Dəyəri 12 milyon manat civarında ölçülür. 3. “İZABELLA” Şadlıq Sarayı – Bakıda Elmlər Akademiyası Metrostansiyasının yaxınlığında yerləşir, dəyəri 23 milyon manat civarında ölçülür. 3. BDU-nun 20-yə yaxın bufet və yeməkxanalarının icarəsindən hər il əldə olunan 1 milyon 200 min manat gəlir. 5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4-7 milyon arasında qiymətləndirilir. 6. “RAMSEY” mağazası – Sahil Ticarət Mərkəzində yerləşir. İtaliya-Türkiyə istehsalı olan brend marka kişi kostyumları mağazaları şəbəkəsi. 7. Avtomobil qarajında ümumi dəyəri 5 milyon manatdan artıq olan son model bahalı avtomobillər… Onu da qeyd edək ki, 6 günlük susqunluqdan sonra Abel Məhərrəmov bu gün tək-tənha Fəxri Xiyabanda peyda olub və orda onu gözləyən (?!) jurnalistlərə açıqlama verib. Akademik deyib ki, bir neçə gündür barəsində yazılanların heç bir əsası yoxdur, o hələ 1969-cu ildən, yəni 19 yaşından Heydər Əliyevçidir və Prezident İlham Əliyev onu vəzifədən çıxarmaqla düz edib. V.Nəsibov Geri dön |