Ana Sayfa > Karusel / Ölkə > İlin sonuna qədər 2800 köçkün ailəsinə mənzillər veriləcək
İlin sonuna qədər 2800 köçkün ailəsinə mənzillər veriləcək22-11-2018, 11:38. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildə bir sıra yerlərdə yeni yaşayış komplekslərinin tikintisi aparılır. Modern.az-ın məlumatına görə, ilin sonuna qədər Bakı şəhəri, Qaradağ rayonu, “Ümid” qəsəbəsində 2-ci mərhələdə 300 məcburi köçkün ailəsi üçün, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 810 məcburi köçkün ailəsi üçün, Sumqayıt şəhərində yataqxana binalarında məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisindən ayrılmış torpaq sahəsində tikinti işləri davam etdirilir. Abşeron rayonu ərazisində aparılan işlərin birinci mərhələsində 1000 ailənin köçürülməsi nəzərdə tutulub. Yeni qəsəbələr məktəb, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi və digər zəruri infrastruktur obyektləri ilə təchiz olunacaq. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Cari ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq.Bu da 53 500 ailə, 300 min məcburi köçkün deməkdir. aia.az Geri dön |