Ana Sayfa > Karusel / Gündəm > Eldar Əzizov baş direktoru cəzalandırdı
Eldar Əzizov baş direktoru cəzalandırdı22-11-2018, 11:36. Yazar: sevinc1 |
Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub. Modern.az-ın məlumatına görə, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilib. Lakin işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib. Bakı meriyasının mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a faktı təsdiqləyib. aia.az Geri dön |