Ana Sayfa > Karusel / Cəmiyyət > Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi

Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi


21-11-2018, 09:07. Yazar: sevinc1
Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi


Şəkidə gənc qadın intihara cəhd edib.Modern.azxəbər verir ki, hadisə axşam saatlarında Cəyirli kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə İlyas qızı Rəhimova yaşadığı evdə intihar etmək məqsədilə siçan zəhəri içib. Vəziyyəti ağırlaşan 20 yaşlı qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, qadına ilkin tibbi yardım göstərilib və vəziyyəti sabitləşib.

Qeyd edək ki, N.Rəhimova ailəlidir, onun altı aylıq körpəsi var. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön