Ana Sayfa > Siyasət / Manşet / Karusel > Bahar Muradova Azərbaycan-ABŞ münasibətlərindən danışdı

Bahar Muradova Azərbaycan-ABŞ münasibətlərindən danışdı


24-12-2015, 15:37. Yazar: admin
Bahar Muradova Azərbaycan-ABŞ münasibətlərindən danışdı

“Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür. Və bu məsələ ilə bağlı açıqlamamızı gözləyirlərsə, yanlış yoldadırlar”

Bunu jurnalsitlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Bununla yanaşı, B.Muradova əlavə edib ki, müəyyən addımlara qarşı adekvat addımların atılması məntiqlidir:

“Səninlə hansı dildə danışırlarsa, o dili anladığını bildirməlisən. ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır. Azərbaycanın mövqeyi, regiondakı imkanları təkcə özümüzə xidmət etmir. Qarşı tərəf bunu anlamalıdır. Bu məsələlər müzakirə predmetidir, yəqin ki, müzakirə olunacaq”.

Qeyd edək ki, deputat Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. (report.az)
Geri dön