Ana Sayfa > Karusel / Parlament > Gəncədə daha iki meyit uçqun altından çıxarıldı
Gəncədə daha iki meyit uçqun altından çıxarıldı20-11-2018, 11:34. Yazar: sevinc1 |
![]() Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. aia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin meyti çıxarılıbı. Tapılan meyitlər 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğluna məxsusdur. Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı isə xilas edilib. Daha əvvəl aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, sonuncu meyiti tapılan iki şəxs ana və oğludur. aia.az Geri dön |