Ana Sayfa > Karusel / Cəmiyyət > Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ


19-11-2018, 16:51. Yazar: sevinc1
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ


Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.



Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib.

Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Sülymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.


Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön