Ana Sayfa > Ölkə > “Əmək pensiyaları haqqında” qanun dəyişdirilir
“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir16-11-2018, 11:37. Yazar: sevinc1 |
Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilir. Modern.az-ın xəbərinə görə, iclasın gündəliyinə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxil edilib. “Əmək pensiyaları haqqında” qanunun yeniləndirilmiş 22.1-ci maddəsində (22-1.1) qeyd olunur ki, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixində qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2 maddəsinə uyğun olaraq hesablanacaq. Həmçinin, 22-1.2.1.-ci maddədə göstərilir ki, 2019-20-ci illərdə bu qanun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla, hesablanacaq. 22-1.2.2.-ci maddədə isə qeyd edilir ki, əlilliyi müəyyən edilmiş şəxsə əməyə görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün dörd ay götürülməklə hesablanacaq. 22.1.2.3-cü maddəyə gəlincə, təklif edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2.2.-ci maddəsinə uyğun şəkildə hesablanacaq. aia.az Geri dön |