Ana Sayfa > Karusel > Azərbaycan məktəblərində payız tətili başladı

Azərbaycan məktəblərində payız tətili başladı


16-11-2018, 11:06. Yazar: sevinc1
Azərbaycan məktəblərində payız tətili başladı


Bu gündən orta məktəblərdə 2018-2019-cu tədris ilinin payız tətili başlayıb.

Təhsil Naziliyindən Modern.az-a verilən məlumata görə, payız tətili 5 gün - 16-20 noyabr tarixlərini əhatə edəcək.


Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq.


Bu dərs ilində ibtidai siniflər üçün 5 gün əlavə tətil (1-5 may) də nəzərdə tutulub.



Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.



aia.az
Geri dön