Ana Sayfa > Gündəm > Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
Prezident Əli Həsənova yeni vəzifə tapşırdı15-11-2018, 18:27. Yazar: sevinc1 |
Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, sərəncamda deyilir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulub. Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransınqərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi edəcəkdir. Belə bir qərarın qəbul olunması ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Sərəncamda qeyd olunur ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini Təşkilat Komitəsi sədrinin müavini Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri Təşkilat Komitəsinin üzvləri Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Nuşirəvan Məhərrəmov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti. Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 16-18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. aia.az Geri dön |