Ana Sayfa > Ölkə > Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı
Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı15-11-2018, 17:40. Yazar: sevinc1 |
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də "Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Adalet.az xəbər verir ki, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. aia.az Geri dön |