Ana Sayfa > Karusel / Gündəm > Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”


15-11-2018, 15:40. Yazar: sevinc1
Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”


Noyabrın 15-də bəzi KİV-lərdə dərc olunmuş “Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib” başlıqlı yazıya qarşı tərəfdən cavab verilib.

Baş naziri müavini, “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun köməkçisi Ramin Talıblı bununla bağlı Moden.az-a açıqlama verib.

Baş naziri müavinin köməkçisi Ramin Talıblı bildirib ki, həmin yazıda həqiqətə uyğun olmayan, tam yalan informasiya əks olunub:

“Həmin dezinformasiya bir sıra xəbər portalları vasitəsi ilə araşdırılmadan yayılıb ki, bu da təəssüf hissi doğurur.
Belə bir faktın və mənbənin olmadığı, sadəcə kiməsə və kimlərəsə şər atmaqla ucuz reytinq qazanmaq niyyəti daşımaqdan başqa bir şey deyil”.

aia.az
Geri dön