Ana Sayfa > Media / Aia TV / Karusel > Britaniyada Quranın 1370 yaşı olan ilk nüsxəsi tapıldı

Britaniyada Quranın 1370 yaşı olan ilk nüsxəsi tapıldı


24-12-2015, 09:59. Yazar: admin
Britaniyada Quranın 1370 yaşı olan ilk nüsxəsi tapıldı

Bu yaxınlarda Birləşmiş Krallıqda tapılan Quran kitabının parçaları Birmingem Universitetində mütəxəssislər tərəfindən araşdırılır

Alimlərin fikrincə, həmin parçalar müqəddəs Quran kitabının ilk nüsxəsidir. Radiokarbon tarixləşdirmə üsulu ilə müəyyən olunub ki, bu əlyazmanın azı 1370 yaşı var və Məhəmməd Peyğəmbərin vəfatından təxminən on üç il sonra yazılıb.

İslam Araşdırmaları Fondunun direktoru Camal Huvareyb müqəddəs kitabın parçalarının İslam dünyası üçün əhəmiyyətli tapıntı olduğunu bildirib. Onun sözlərinə görə, tapılan Quran kitabı Peyğəmbər ailəsindən başqa, müsəlmanlığı qəbul edən ilk şəxsə, yəni Əbu Bəkrə aiddir. Birmingem Universitetinin alimi Devid Tomas bu fikirlə tam razılaşmasa da, tapıntının araşdırmalar üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. (azərtac)
Geri dön