Ana Sayfa > Karusel / Media > Lenini dəfn edirlər? - Rezin kukla ilə əvəz olunması təklif edilir
Lenini dəfn edirlər? - Rezin kukla ilə əvəz olunması təklif edilir14-11-2018, 12:03. Yazar: sevinc1 |
![]() Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov Vladimir Leninin nəşinin basdırılması məsələsinin həlli üçün xüsusi komissiya yaratmağı təklif edib. Trend-in məlumatına görə, onun fikrincə, inqilabın rəhbərini 2024-cü ildə vəfatının 100-cü ildönümü münasibətilə vida mərasimi təşkil etməklə dəfn etmək lazımdır. Bununla belə, deputat bildirib ki, Mavzoleydə V.Leninin meyitini mum və ya rezin-polimer surəti ilə əvəz etmək olar. "Bunun müsbət nəticəsi büdcəyə xeyli qənaət olacaq. Belə ki, Leninin meyitinin olduğu kimi saxlanması bahalı prosedurdur". aia.az Geri dön |