Ana Sayfa > Manşet / Təhsil > Astara təhsili yeni inkişaf mərhələsində

Astara təhsili yeni inkişaf mərhələsində


14-11-2018, 11:18. Yazar: sevinc1
Astara təhsili yeni inkişaf mərhələsində

Rayon Təhsil Şöbəsinin yeni rəhbərliyi bu qurumun fəaliyyətini müasir dövrün tələblərinə uyğun qura bilib


2018-2019-cu tədris ili həm də bir çox rayon təhsil şöbələrinin rəhbərliyində baş vermiş kadr dəyişiklikləri ilə diqqətləri cəlb etmiş oldu. Əlbəttə ki, ölkənin təhsil sisteminin daha sürətli inkişafını təmin etmək üçün bu reformalar zəruridir. Bu baxımdan 2018-ci ilin iyul ayında Astara Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Rəşad Həsənovun təyin olunması da rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır.
Etiraf etmək lazımdır ki, son vaxtlar Astara rayonunun təhsil sahəsində bir çox yeniliklərə ehtiyac duyulduğu aşkar hiss olunmaqda idi. Ola bilsin ki, məhz bu səbəbdən də rayonun Təhsil Şöbəsinin rəhbərliyinə daha gənc və müasir dövrün tələblərinə daha uyğun qərarlar verə biləcək bir kadrın gətirilməsi barədə qərar qəbul edildi. Beləliklə də Azərbaycan Respublikası Təhsil Nazirinin 29 iyun 2018-ci il tarixli 01-09-148 /17 nömrəli razılıq məktubu və Astara Rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2018-ci il 16 nömrəli əmri ilə Astara Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Rəşad Həsənov təyin edildi.


Qısa arayış:


Həsənov Rəşad Vasif oğlu - 1982-ci ildə Astara rayonu Şahağac kəndində anadan olub. 2004-ci ildə Lənkəran Dövlət Universitetini Biologiya müəllimi ixtisası üzrə bitirib.2004-2005-ci illərdə hərbi xidmətdə olub. 2005-2006-cı illərdə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbdə müəllim, 2006-2016-cı illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-2018-ci-illərdə Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.YAP Astara Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Nailiyyətlər daha da artacaq



Qeyd edək ki, Astara Rayon Təhsil Şöbəsi 1930-cu ildə yaradılmışdır. Hazırda Şöbənin tabeliyində 62 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar təhsil müəssisəsi vardır. Quruma yeni rəhbərlik etməyə başlamış Rəşad Həsənovun bu vəzifədə atdığı ilk addımlardan da görünür ki, o, indiyədək əldə olunmuş nailiyyətləri artırmaq əzmindədir. Bunun üçün isə, eyni zamanda həm bu günədək yığılmış mütərəqqi təcrübədən yararlanmaq, həm də şöbənin işinə müasirlik və dinamiklik gətirmək lazımdır. EləRəşad HəsənovunAstara RTŞ-nin 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş konfransdakı məruzəsində də bu fikirlər özünü aşkar biruzə vermişdir. Öz çıxışında yeni şöbə müdiri qeyd edib ki, 2017-2018-ci dərs ili “Təhsildə keyfiyyət ili” elan olunmuşdur. Görülmüş işlər öz müsbət nəticəsini vermişdir. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilmiş pedaqoji mühazirələrin ölkə mərhələsində rayonun Lovayın kənd tam orta məktəbin tarix müəllimi Atakişiyev Elçin Saleh oğlu Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Ceyhun Bayramovun əmri ilə III dərəcəli diplomla təltif olunmuşdur. 2018-ci ildə 250 məzun respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Onlardan 32 nəfəri 500-dən, 7 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Rayon üzrə 7 nəfər məzun Ali hərbi ixtisaslı təhsil müəssisələrinə qəbul olunmuşdur. Pensər kənd Z. Əhmədzadə adına 2 saylı tam orta məktəbin məzunu Əhmədzadə Fərid Teymur oğlu 686 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur. Lakin bu göstəriciləri Astara kimi yüksək potensialı olan bir rayon üçün heç də son hədd olaraq qəbul etmək olmaz. Buna görə də nailiyyətləri daha da yüksəltmək və təhsilin davamlı inkişafını təmin etmək lazımdır.

“Xəmsə” Astarada



Əlbəttə ki, təhsilin inkişafı ilk növbədə şagird və tələbələrin intellektual səviyyələrinin yüksəldilməsini də nəzərdə tutur. Bu baxımdan ölkə miqyaslı intellektual oyun layihələrinə rayon və bölgələrimizdə yaşayan gənlərin cəlb olunması böyük əhəmiyyət kəsb edir. Həmçinin 2 noyabr 2018-ci il tarixdə Astara rayon Gənclər evində Gənclər və İdman İdarəsinin rayon Təhsil Şöbəsi ilə birgə razılaşdırdığı əsasnaməyə uyğun olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon seçim turu keçirilib. Seçim turunda “Azəri-Light” ( Astara şəhər 1 saylı tam orta məktəb), “Everest” (Astara şəhər 3 saylı tam orta məktəb), “Xəzər” (Şahağacı kənd 1 saylı tam orta məktəb), “KWINTET” (Şiyəkəran 1 saylı tam orta məktəb), “Şəfəq” (Siyəkü kənd tam orta məktəb), “APK” (Astara Pedaqoji Kolleci), “Vita” (Təngərüd kənd tam orta məktəb), “Zülfiqar” (Pensər kənd 2 saylı tam orta məktəb) komandaları mübarizə aparıblar. Qrup oyunlarından sonra “APK”, “Vita”, “Everest” və “KWİNTET” komandaları finalda əzmkar mübarizəni davam etdiriblər. Sonda xəmsə raundunun göstəricilərinə görə I, II və III yerlərə müvafiq olaraq “Vita”, “KWİNTET” və “APK” komandaları layiq görülüblər.

Uşaq hüquqlarına hörmətlə yanaşılmalıdır



Əlbəttə ki, uşaq və gənclərimizin müasir cəmiyyətin tam hüquqlu üzvləri kimi yetişmələri üçün onların hələ məktəb illərindən hüquq və qanunvericiliklə yaxından tanış olmalarını təmin etmək də vacib şərtlərdən biridir. Bu məqsədlə Respublikamızda elan olunmuş “Uşaq hüquqları aylığı” ilə əlaqədar oktyabr ayı ərzində M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri, dəyirmi masalar, seminarlar və sinif saatları keçirilir. Həmin tədbirlər çərçivəsində 26 oktyabr 2018-ci il tarixində “Uşaq hüquqları bütün uşaqların xoşbəxt və sağlam yaşaması üçündür” adlı maarifləndirici seminar keçirilib. Seminarda məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zümrüd Hüseynova şagirdlərə onların hüquqları və hüquqlarının qorunması yollarından danışıb, məktəbin yuxarı sinif şagirdləri “Uşaq Hüquqları Konvensiyası”nın yaranma tarixi və bu konvensiyanın 10 əsas müddəası haqqında şagirlərə məlumat veriblər, uşaq hüquqlarından bəhs edən video çarx təqdim olunub. Tədbirin sonunda məktəbin direktoru Xədicə Əliyeva "Uşaq Hüquqlarının Pilləli tədrisi" kursunu müvəffəqiyyətlə bitirən şagirdlərə sertifikatlar təqdim edib.


Bu yazıda təqdim etdiyimiz məqamlar Astara Rayon Təhsil Şöbəsinin çoxşaxəli və səmərəli fəaliyyətinə dəlalət edən sadəcə bir neçə epizoddur. Lakin hətta bu epizodlara istinad edərək də əminliklə demək olar ki, Rəşad Həsənovun rəhbərliyi altında Astara RTŞ-nin fəaliyyəti rayonun təhsil sisteminin inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidin möhkəm əsasını artıq qoymuşdur.


aia.az
Sənan Əsədli
Nuranə Mehdizadə

Geri dön