Ana Sayfa > Karusel / Cəmiyyət > Yanğın baş verən məktəbdə dərslər təxirə salınıb– RƏSMİ

Yanğın baş verən məktəbdə dərslər təxirə salınıb– RƏSMİ


13-11-2018, 16:54. Yazar: sevinc1
Yanğın baş verən məktəbdə dərslər təxirə salınıb– RƏSMİ


Bu gün Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın baş verib.



Qeyd edək ki, binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıb.



Füzuli Rayon Təhsil Şöbəsindən Modern.az-a verilən məlumata görə, yanğın səhərə yaxın baş verdiyindən məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb binasında olmayıblar. Hazırda məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və xəsarət alan olmayıb.
Geri dön