Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA


13-11-2018, 12:49. Yazar: sevinc1
Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA



Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç, Norveç və Finlandiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


Maraqlıdır, Azərbaycan adları çəkilən 3 ölkəyə yeni səfir təyin edəcəkmi?


Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, nazirlikdə bu barədə məlumat yoxdur.


“Söhbət bir səfirdən gedir. Geri çağırılan səfir Adış Məmmədov İsveçdə otururdu. Səfirlik hər üç ölkəyə baxırdı. Qaldı ki, təyinata, bu barədə məlumatımız yoxdur. Yeni təyinat olarsa belə, bu, cənab prezidentin sərəncamı ilə həyata keçirilə bilər. Xarici İşlər Nazirliyində hələ ki bu barədə məlumat yoxdur”.


Qeyd edək ki, Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

Yeri gəlmişkən, Norveç Krallığı gələn ildən Bakıdakı səfirliyini bağlayacağını bildirsə də, bunun səbəblərini açıqlamayıb. Norveçin Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyinin bağlanacağını elan edərkən bildirib ki, Azərbaycanla əlaqələrinə bu ölkənin Ankaradakı səfirliyi məsul olacaq. Norveç Azərbaycanda fəxri konsulluq saxlamaq niyyətindədir. Norveç hökuməti Gürcüstan patyaxtı Tbilisidə səfirliyin açılacağını bildirib.

aia.az
Geri dön