Ana Sayfa > Manşet / Təhsil > Şəki – təhsilin inkişafı xüsusi diqqət mərkəzindədir

Şəki – təhsilin inkişafı xüsusi diqqət mərkəzindədir


12-11-2018, 16:27. Yazar: sevinc1
Şəki – təhsilin inkişafı xüsusi diqqət mərkəzindədir



Qəbul imtahanlarında Şəki məktəblərinin məzunlarından 215 nəfəri 500-dən, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərib

Məlum olduğu kimi, Ölkə Prezidenti İlham Əliyev oktyabrın 29-da “Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bu sərəncama əsasən Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Bəs görəsən bu yüksək dövlət qayğısının müqabilində Şəkinin təhsil sahəsində mövcud durum hansı vəziyyətdədir?




İlk növbədə qeyd edək ki, hazırda Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumtəhsil məktəbi, o cümlədən 71 tam orta, 22 ümumi orta, 3 ibtidai məktəb, 5 məktəbdənkənar tərbiyyə müəssisəsi (Uşaq Gənclər İdman məktəbi, Şahmat məktəbi, Uşaq Yaradıcılıq mərkəzi, Teniki Yaradıcılıq Mərkəzi və Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi) fəaliyyət göstərir. 2010-cu ilin dekabr ayından Şəki ŞTŞ-nın müdiri vəzifəsinə Südabər İsmayılova Şöyüb qızı təyin edilmişdir.

Qısa arayış:

İsmayılova Südabər Şöyüb qızı 1956-cı ildə Bideyiz kəndində anadan olub.1963-1971-ci illərdə əsas təhsili başa vurduqdan sonra Şəki Pedaqoji Texnikumuna qəbul olunub.1975-ci ildə texnikumun əmək-rəsmxətt müəllimi ixtisasını bitirib. Təyinatla Bideyiz kənd məktəbinə ixtisas üzrə müəllim təyin edilib. 1975-1980-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun ÜTF-fizika fakultəsində ali təhsil alıb.



1980-cı ildən Bideyiz kənd tam orta məktəbində müəllim, 1995-ci ildən isə həmin məktəbdə direktor vəzifələrində işləyib. I dərəcəli dövlət qulluqçusudur.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

1994-cü ildən YAP-ın üzvüdür. 1996-cı ildən isə YAP Şəki Təşkilatı İdarə Heyətinin üzvüdür.

5700 əlaçı, 888 tələbə




Sentyabrın 7-də Şəki rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Şəhər İcra Hakimiyyəti rəhbərliyinin, Təhsil Nazirliyinin nümayəndəsinin, eləcə də məktəb direktorları, təhsil işçiləri, müəllimlər, yüksək bal toplayan məzunlar və rayon ziyalılarının iştirak etdikləri həmin konfransda Südabər İsmayılovanın 2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilib. Bildirilib ki, ötən dərs ilində rayonun məktəblərində oxuyan 24 min 730 şagirdin 23 faizi dərs ilini əla qiymətlərlə başa vurub. Dərs ilinin yekunlarına görə, 1733 şagird tam orta təhsil, 2008 şagird isə ümumi orta təhsil haqqında attestat alıb.




2017-2018-ci dərs ilində rayonda təmayül siniflərin şəbəkəsi daha da genişləndirilib. Belə ki, Şəkinin təmayülləşmə tətbiq edilən 24 ümumtəhsil məktəbində X siniflər üzrə 8 təmayül və 28 kombinə olunan təmayül siniflər, XI siniflər üzrə isə 3 təmayül sinif fəaliyyət göstərib.

Həmçinin təqdim olunan məlumatlara görə, ötən dərs ilində Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1733 məzundan 1279 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 888 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500-dən, 81 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Ali məktəblərə qəbul olunanlar arasında rayonda fəaliyyət göstərən 72 tam orta məktəbin hamısının təmsilçiləri var.

Yeni məktəblər istifadəyə veriləcək




Artıq dəfələrlə qeyd olunduğu kimi, ölkəmizdə təhsil sahəsinin inkişafı Azərbaycan dövlətinin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Sevindirici haldır ki, ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, son illər ərzində digər bölgələrdə olduğu kimi, Şəki rayonunda da birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəb binaları əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Xüsusilə Şəkidə yeni məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb. Son bir neçə ildə rayonda 30 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Yeni inşa edilən 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbi dərs ilinə hazırdır. Bundan əlavə, yeni dərs ilində 5 modul tipli məktəb də istifadəyə veriləcək.




Heç şübhəsiz bu gün Şəki təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən bu Şəki Şəhər Təhsil Şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Südabər İsmayılova dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün formada təşkil edib. Əminliklə demək olar ki, bu tədris ilində də Südabər İsmayılovanın rəhbərliyi altında Şəki ŞTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.

aia.az
Aynur Muradlı
Sənan Həsənov
Geri dön