Ana Sayfa > Karusel / Gündəm > Daxili işlər naziri Qənirə Paşayevaya mükafat verdi

Daxili işlər naziri Qənirə Paşayevaya mükafat verdi


12-11-2018, 15:15. Yazar: sevinc1
Daxili işlər naziri Qənirə Paşayevaya mükafat verdi



Millət vəkili Qənirə Paşayeva Türkiyənin paytaxtı Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində Türk dünyasının birliyi istiqamətində fəaliyyətinə görə “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülü”nə layiq görülüb. Mükafatı millət vəkili Q.Paşayevaya Türkiyənin daxili işlər naziri Süleyman Soylu təqdim edib.

Modern.az-ın məlumatına görə, siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərin, tanınmış sənət adamlarının, onlarla tanınmış insanların iştirak etdiyi mərasimdə ödül alarkən millət vəkili Q.Paşayeva mükafata görə təşəkkürünü bildirib və "bu ödülü Vətənimiz üçün canını fəda edən qəhrəman şəhidlərimiz və özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən aydınları rəhmət və sayğı ilə anır, onların ruhları qarşısında baş əyərək alıram" deyib.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.



aia.az
Geri dön