Ana Sayfa > Karusel / Ölkə > Lənkəranı sel “apardı” - Camaat təxliyə olundu

Lənkəranı sel “apardı” - Camaat təxliyə olundu


12-11-2018, 13:30. Yazar: sevinc1
Lənkəranı sel “apardı” - Camaat təxliyə olundu


Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 38 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

* * *

Lənkəran rayonunda ötən gecədən başlayaraq intensivləşən leysan xarakterli yağış fəsadlar törədib.

BakuPost Report-a istinadən xəbər verir ki, təbii fəlakətdən daha çox rayonun dağətəyi kəndlərində yaşayan sakinlər ziyan çəkiblər.

Belə ki, dağ çaylarının daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Səpnəkəran, Şovu və digər dağətəyi kəndlərində yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib.

Rayonun Bürcəli kəndində sel sularının evə dolması səbəbi ilə 3 ailə təxliyyə edilib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib ki, rayon ərazisində iki süni gölün daşma təhlükəsi var.

Qeyd edək ki, Lənkəran rayonunda yağıntının miqdarı normadan çox 99 mm/dəqiqə olub.

aia.az
Geri dön