Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) ölkənin aparıcı səhiyyə müəssisəsidir
1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) ölkənin aparıcı səhiyyə müəssisəsidir8-11-2018, 11:07. Yazar: sevinc1 |
Yoluxucu xəstəliklərə qarşı mübarizə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Son illər Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bu xəstəlikdən azad diyara çevrilmiş və bu statusu saxlayır. Xüsusi profilaktika vasitələri ilə idarəolunan digər xəstəliklər üzrə də yüksək nailiyyətlər qazanılmışdır. Epidemioloji sabitlik təmin edilib Bu gün yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən irimiqyaslı və səmərəli tədbirlər nəticəsində davamlı epidemioloji sabitlik təmin edilib. Hazırda Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinasiya aparılır, ölkədə bütün uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir. Son illər hepatit B və pnevmokoka qarşı da vaksinasiya aparılır. Ölkədə planlı peyvəndlərin 95-97 faiz yerinə yetirilməsi və immunizasiya tədbirlərinin daim təkmilləşdirilməsi nəticəsində immunoprofilaktika vasitəsilə idarə olunan infeksion xəstəliklərə yoluxma halları azalıb. Məsələn, yeni doğulmuş körpələrdə vərəm əleyhinə peyvənd (BCG) 97,8 faizi, hepatit B-yə qarşı peyvənd 98 faiz, poliomielit əleyhinə (OPV0) 97,8 faiz, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə 95,6 faiz, poliomielit əleyhinə (OPV3) peyvənd 97,6 faiz, pnevmokok əleyhinə peyvənd 96,5 faiz, qızılca, parotit, məxmərək əleyhinə peyvənd 97,9 faiz təşkil edib. Nəticə olaraq qızılca xəstəliyi 2003-cü ildə 1955, məxmərək 1051 hadisə olduğu halda 2008-ci ildən bu xəstəliklər qeydə alınmamış, epidemik parotit 2003-cü illə müqayisədə təxminən 6,5 dəfə azalmışdır. Difteriya xəstəliyi 2010-cu ildən qeydə alınmır. “Semaşko xəstəxanası”nın yoluxucu xəstəliklər şöbəsi hər zaman ixtisaslı yardım göstərməyə hazırdır Sevindirici haldır ki, son illərdə ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində bir çox təhlükəli yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq, epidemioloji sabitliyə nail olunmuş və hazırda bu xəstəliklərlə xəstələnmə hallarına tək-tək hallarda təsadüf edilir. Bununla belə sarılıq, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnmə hallarına hələ də kifayət qədər çox rast gəlinir. Belə olduğu halda isə, təbii ki, yüksək ixtisaslı həkim yardımına ehtiyac yaranır. Bu gün ölkəmizdə belə ixtisaslı tibbi yardım göstərə biləcək səhiyyə müəssisələri kifayət qədərdir. Lakin bu müəssisələrin arasında 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsi xüsusi çəkiyə malikdir. Ümumiyyətlə xalq arasında daha çox “Semaşko xəstəxanası” kimi tanınan bu səhiyyə ocağında artıq çoxdan özünəməxsus ənənələr formalaşıb. Eyni zamanda qabaqcıl tibb müəssisələrindən biri kimi, 1saylı Kliniki Tibbi Mərkəzdən yenilənmə və modernləşmə prosesləri də sürətlə həyata keçməkdədir. Yoluxucu xəstələrin reanimasiyası peşəkarlara həvalə olunub Təbii ki, “Semaşko xəstəxanası”nın şöhrəti, onun nüfuzu ilk növbədə burada çalışan həkimlərin və bütün digər tibbi və texniki personalın yüksək peşəkarlığı, onların fədakar əməyi sayəsində təmin olunub. Mərkəzin belə peşəkar mütəxəssislərindən biri də Yoluxucu xəstəliklərin reanimasiya şöbəsinin məsul həkimi Vaqif Baloğlanovdur. Artıq çalışdığı şöbənin adından da məlum olur ki, ali dərəcəli həkim Vaqif Baloğlanovun özünü həsr etdiyi bu sahə nə dərəcədə çətin və məsuliyyətlidir. Bununla belə, Vaqif həkimin yüksək peşəkarlığı və elmi-təcrübi hazırlığı onun bu çətin işin öhdəsindən ləyaqətlə gəlməsini təmin edir. Təsadüfi deyil ki, Vaqif Baloğlanovun uğurla müalicə etdiyi, tibbi yardım göstərdiyi xəstələrin əksəriyyəti öz sağlamlıqlarına qovuşduqdan sonra da bu mahir həkimin onların həyatında oynadığı rolu artıq heç zaman unutmur, onu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayırlar. Ümumiyyətlə demək lazımdır ki, Yoluxucu xəstəliklərin reanimasiya şöbəsində müalicə almış vətəndaşların böyük əksəriyyəti bu şöbədə çalışan bütün personalın və xüsusilə də Vaqif Baloğlanovun qabaqcıl iş üsullarından, onun hər bir xəstəyə fərdi yaxınlaşma metodunu məharətlə tətbiq etməsindən və ən əsası da yüksək peşəkarlığından ağız dolusu danışırlar. Belə pasiyentlərdən sadəcə ikisinin dediklərini sizə də təqdim edirik. Raqub Qasımov: “Vəziyyətim həqiqətən ağır idi. Həm də 40 yaşından sonra belə bir xəstəliyi keçirmək mənim üçün əlavə çətinlik yaradırdı. Sağ olsunlar Vaqif həkim də, tibb bacıları da, şöbənin bütün digər əməkdşları da. Kim nə deyir, desin – Azərbaycanda əsil peşəkar həkimlər də var, böyük ürəkli insanlar da... ” Səltənət Orucova: “Vaqif həkim bacımı müalicə edib. Allah ondan razı olsun. Bəlkə də onun fədakarlığı, səyləri olmasaydı indi bacım öz evində olmazdı. İnsan adamdır. Özü kimi işçiləri, tibb bacıları da həm bilikli, bacarıqlı, həm də mehriban və şəfqətlidirlər...” aia.az Sənan Həsənov Geri dön |