Ana Sayfa > Karusel / Ölkə > Elmira Süleymanova: “Ana südü mətbəxləri yaradılsın”

Elmira Süleymanova: “Ana südü mətbəxləri yaradılsın”


7-11-2018, 12:05. Yazar: sevinc1
Elmira Süleymanova: “Ana südü mətbəxləri yaradılsın”


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib.

Modern.az-ın məlumatına görə, Elmira Süleymanova bu təklifi Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı irəli sürüb. E.Süleymanova qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır.

“Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır.

Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.

aia.az
Geri dön