Ana Sayfa > Karusel / Gündəm > Büdcədən şəhid vərəsələrinə 50 milyon manat ayrılacaq

Büdcədən şəhid vərəsələrinə 50 milyon manat ayrılacaq


6-11-2018, 11:07. Yazar: sevinc1
Büdcədən şəhid vərəsələrinə 50 milyon manat ayrılacaq


“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə də davam etdiriləcək”.

Modern.az-ın məlumatına görə, bunu maliyyə nazirinin birinci müavini İlqar Fətizadə Milli Məclisdə komitələrin birgə iclasında deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə davam etdirilməsi üçün növbəti ildə dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılacaq.



aia.az
Geri dön