Ana Sayfa > Gündəm > Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq

Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq


5-11-2018, 15:25. Yazar: sevinc1
Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq


Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq.

"Bakı Metropoliteni" QSC-dən aia.az-a verilən məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir.

Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

aia.az
Geri dön