Ana Sayfa > Cəmiyyət > Həftəsonu 237 cinayət törədilib - 53 nəfər tutulub

Həftəsonu 237 cinayət törədilib - 53 nəfər tutulub


5-11-2018, 13:03. Yazar: sevinc1
Həftəsonu 237 cinayət törədilib - 53 nəfər tutulub



Ötən həftənin sonu respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 237 cinayət faktı qeydə alınıb, onların da 40-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

aia.az
Geri dön