Ana Sayfa > Ölkə > İcra hakimiyyətindən Lerikdəki zəlzələ ilə bağlı AÇIQLAMA

İcra hakimiyyətindən Lerikdəki zəlzələ ilə bağlı AÇIQLAMA


5-11-2018, 11:08. Yazar: sevinc1
İcra hakimiyyətindən Lerikdəki zəlzələ ilə bağlı AÇIQLAMA


"Bu gün səhər saatlarında Lerik rayonunda baş verən zəlzələ sakinlər tərəfin hiss olunsa da, heç bir fəsadlar törətməyib".



Bunu Modern.az-a açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov deyib.



Komissiya sədri bildirib ki, hadisə Lerikdə səhər saat 10:05 radələrində baş verib:





"Səhər saat 10:05-də zəlzələ oldu. Hiss olundu. Amma çox güclü zəlzələ deyildi. Təxminən 3 bal gücündə hiss olundu. Hazırda sakitlikdir, hadisə nəticəsində hər hansı bir tikilinin dağılması barədə məlumat yoxdur. rayonun elektrik enerjisi, qaz və digər təchizatında heç bir problem yoxdur".



Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində zəlzələ baş verib.


aia.az
Geri dön