Ana Sayfa > Manşet / İqtisadiyyat > Nazirdən manat açıqlaması: “Təzyiqlər artır”
Nazirdən manat açıqlaması: “Təzyiqlər artır”5-11-2018, 10:47. Yazar: sevinc1 |
"Qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması manatın məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır" Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, neftin qiymətindəki müəyyən sabitləşmə, artm proseslərinin ölkəmizə müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. “Qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutaların ucuzlaşnması manatın məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu, bir tərəfddən yerli istehsalçıların ixrac rəqabətliyinin azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktualllaşdırır". S.Şərifov qeyd edib ki, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsir etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq. "Bununla yanaşı, büdcənin sabitliyi, ortamüddətli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Gələn il dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq". Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır. aia.az Geri dön |