Ana Sayfa > Cəmiyyət > Rüşvət verən şəxs HƏBS OLUNDU

Rüşvət verən şəxs HƏBS OLUNDU


3-11-2018, 11:50. Yazar: sevinc1
Rüşvət verən şəxs HƏBS OLUNDU


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.

Bu barədə aia.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.

Nizami (Gəncə) rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.


aia.az
Geri dön