Ana Sayfa > Cəmiyyət > Sumqayıtda və Gəncədə axtarışda olan şəxslər saxlanıldı

Sumqayıtda və Gəncədə axtarışda olan şəxslər saxlanıldı


3-11-2018, 11:18. Yazar: sevinc1
Sumqayıtda və Gəncədə axtarışda olan şəxslər saxlanıldı


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.



Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.

aia.az
Geri dön