Ana Sayfa > Dünya > İddialar təsdiqləndi: Qaşıqçının cəsədi belə məhv edilib

İddialar təsdiqləndi: Qaşıqçının cəsədi belə məhv edilib


2-11-2018, 16:37. Yazar: sevinc1
İddialar təsdiqləndi: Qaşıqçının cəsədi belə məhv edilib


Bizdəki son məlumatlara görə, cəsədin parçalanmasının səbəbi onu daha asan şəkildə əritmək olub. Burada məqsəd cəsəddən heç bir iz qalmamasıdır.

aia.az xəbər verir ki, bu sözləri AKP sədrinin müşaviri Yasin Aktay "Hürriyət”ə açıqlamasında deyib.

"Bizdə Qaşıqçının cəsədinin parçalanmasına dair informasiya var idi. Ancaq indi görürük ki, cəsədi parçalamaqla kifayətlənməyiblər, əridərək yox ediblər. Prokurorluğun məlumatlarından da bu aydın olur. Verə biləcəkləri uyğun bir cavab yoxdur. Qatillik, günahsız bir insanı qətlə yetirmək başqa cinayət, cəsədə edilən rəftar və onun miqyası başqa bir cinayət və utancdır. Mövcud kamera sistemlərinin bizi apardığı hər yerə gedildi, lakin cəsəd tapılmadı. Ortada sübutlar var. Camal Qaşıqçı başına gələcəklərini təxmin etsə, Baş Konsulluğun qapısından içəri girərdimi?” - müşavir bildirib.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu "Vaşinqton Post” nəşri də Camal Qaşıqçının cəsədinin parçalanaraq əridildiyini yazmışdı.(axar.az)



aia.az
Geri dön